Aktyor Burak Özçivitin bacısı Burçun Özçivit Samsunun Bafra rayonunda keçirilən toy mərasimində Hasan Sağdıç ilə ailə həyatı qurub.
OLAY yazır ki, toydan görüntülər sosial mediada böyük maraq doğurarkən, Burak Özçivit və həyat yoldaşı Fahriye Evcenin mərasimdə iştirak etməməsi gündəmin ən çox müzakirə olunan detallarından biri olub.
Xəbərə görə, Burak Özçivitin toya qatıla bilməməsinin səbəbi Adanada davam edən serial çəkilişlərinin sıx qrafiki olub. Məşhur aktyorun məhz bu səbəbdən Samsunun Bafra rayonunda keçirilən mərasimə gələ bilmədiyi bildirilib.