“Evdə tək” filminin ulduzu Makaley Kalkin 30 illik səssizlikdən sonra ağır xəstə olan atası Kit Kalkinlə münasibətlərini qəti şəkildə kəsib.

OLAY yazır ki, 46 yaşlı aktyor yaxın çevrəsinə bildirib ki, onun üçün həyatının bu mərhələsi həmişəlik bağlanıb.

“Uşaqlığımda pis insan idi, fiziki və mənəvi zorakılıq göstərirdi. Şöhrət və pul onu məşhur bir caniyə çevirdi. O, tənhalığa layiqdir. Onun yeddi övladı və dörd nəvəsi var, amma heç kim onunla heç bir əlaqə saxlamaq istəmir” deyə Kalkin daha əvvəl açıqlamasında bildirib.