İnfluenser Aynişan Quliyeva paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, Aynişan arzuları ilə bağlı video paylaşıb.

“Balaca bir qız idim, həmişə düşünürdüm ki, Hollivud ulduzu olacam, məşhurlaşacam. Onum heç bir yerində ana olmaq, həyat yoldaşı olmaq yox idi. Halbuki rəfiqələrim arzulayırdı ki, ailə qursunlar, cehiz yığsınlar və sairə. Çox əsəbiləşirdim, deyəndə ki, Aynişan böyüsün toyuna gələk… Məndə bir neçə dəfə qırılmalar oldu, arzularımdan vaz keçdim. Həyatda insan hər zaman eyni dalğada qala bilmir, bəzən sınır, qırılır”, - deyə, Aynişan vurğulayıb.