Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova işdən çıxmaq üçün ərizə yazıb.

OLAY yazır ki, Arzu Əhədova dünən vəzifəsindən ayrılmaq xahişi ilə müraciət edib.

Qeyd edək ki, bundan əvvəl də o, işdən çıxmaq üçün ərizə yazsa da, müraciəti qəbul edilməyib.

Məsələ ilə bağlı Bakuplus.az-ın əməkdaşı Arzu Əhədova ilə əlaqə saxlayıb. O, xəbəri inkar etməyib:

“Bəli, belə bir fikrim var idi. Ərizəmi yazmışam. Amma dünən də, bu gün də işdəyəm. Ərizəm hələ təsdiqlənməyib”.

Xatırladaq ki, Arzu Əhədova əvvəlcə Nizami Kino Mərkəzində mətbuat xidmətinin rəhbəri (mətbuat katibi) vəzifəsində çalışıb, 22 sentyabr 2017-ci il tarixində isə kino işləri üzrə direktor müavini təyin edilib.

Arzu Əhədova Nizami Kino Mərkəzindən gedir?