Məşhur müğənni Cennifer Lopez Kareem Rahmanın verilişinə verdiyi müsahibə ilə diqqət çəkib.
OLAY yazır ki, bu dəfə CeyLo kişilərlə bağlı hər hansı müəyyən bir “tipaj”ının olmadığını bildirib.
“Mənə arıq kişilər də xoş gəlir, bir az qarınlı olanlar da. Saqqallılar da xoşuma gəlir, tam təraşlı simalar da. Bunların heç bir əhəmiyyəti yoxdur. Mənim üçün vacib olan insanın daxilidir” deyə Lopes bildirib.
Lakin onun əsas diqqət çəkən fikri ayrılıqlarla bağlı olub. O, boşanmaları uğursuzluq kimi deyil, həyatda yeni başlanğıca aparan bir tramplin kimi qəbul etməyə çağırıb.