Madonna Ancelina Colinin lüks mülkünü almaq istəyir.
OLAY yazır ki, 68 yaşlı müğənni Los-Ancelesdə yerləşən və təxminən 30 milyon dollar dəyərində olan məşhur Kaliforniya malikanəsi ilə maraqlanır.
Madonna hazırda Los-Ancelesdən kənarda olduğundan, rieltorlar onun və komandasının evə eksklüziv şəkildə onlayn baxış keçirməsini təşkil ediblər. Coli bu məşhur mülkü may ayında satışa çıxarıb və kiçik əkiz övladları yetkinlik yaşına çatdıqdan sonra şəhəri birdəfəlik tərk etmək qərarına gəlib.
İki hektardan çox ərazini əhatə edən malikanə Hollivud tarixində xüsusi əhəmiyyət daşıyır. Keçən əsrdə rejissor Sesil B. DeMille bu mülkə 50 ildən çox sahib olub. 1920-ci illərdə isə malikanə qonşu evlə şüşə dəhliz vasitəsilə birləşdirilib. Həmin evdə əfsanəvi aktyor Çarli Çaplin yaşayıb.