Xalq artisti Mehriban Zəki Heydər Əliyev Fondunun icraşı direktoru Anar Ələkbərovla paylaşım edib.
OLAY yazır ki, sənətçi rol aldığı “44” filminin yayım tarixi ilə bağlı da anons verib:
“Bir neçə ay əvvəl Anar müəllimlə 44 filmini müzakirə edirdik. Nəhayət bu gün Kino günündə filmin treyleri təqdim olundu. İnşallah payızda filmi seyr edəcəyik. Mən də hər bir Azərbaycan vətəndaşı kimi həyəcanlıyam”.
Qeyd edək ki, “44” Bakı Media Mərkəzinin layihəsidir. Baş rolları İbrahim Çingizlə Özge Gürel paylaşır.