Müğənni Britni Spirs sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılarkən anası haqqında danışıb.

OLAY yazır ki, o, avtomobilinin saxlanılması zamanı polis əməkdaşları ilə söhbət edib. Polis əməkdaşlarından biri ona bildirib ki, əgər sərxoş halda maşın sürərkən kimisə öldürsə, ona qətl ittihamı irəli sürülə bilər.

Britney cavabında deyib: “Bəli, cənab, bilirəm. Anam velosiped sürən bir nəfəri vurub öldürmüşdü, amma mən elə bir şey etməmişəm.”