Rusiyanın Xalq artisti Filipp Kirkorov müsahibəsində keçmiş həyat yoldaşı, SSRİ Xalq artisti Alla Puqaçova ilə bağlı tez-tez yuxular gördüyünü bildirib.

OLAY yazır ki, Kirkorovun sözlərinə görə, bu cür yuxular onun üçün xüsusi məna daşıyır və onların ardınca həyatında mütləq xoş hadisələr baş verir.

“Mən yuxuların məzmununu danışmayacağam, çünki xatırlamıram. Sadəcə bilirəm ki, yuxumda Alla olur. Amma bir şeyi dəqiq bilirəm: o yuxuma girəndə həyatımda mütləq yaxşı nəsə baş verir. Bu, həmin gün də ola bilər, həmin həftə də, ya da həmin ay ərzində. Amma ümumilikdə yaxın üç gün ərzində çox müsbət bir hadisə yaşanır, ya hansısa arzum, ya da planlaşdırdığım layihə həyata keçir. Bir sözlə, hər şey yaxşı olur. Onu yuxuda görməyi sevirəm, çünki o zaman hər şey yolunda gedir” deyə sənətçi bildirib.

Bundan əlavə, Kirkorov Alla Puqaçovanı öz ilham mənbəyi adlandırıb: “Mənim qoruyucu mələyim anamdır. Alla isə mənim ilham pərimdir. O, olub, var və həmişə də olacaq.”

“Allanın yuxuma girməyi xoşuma gəlir”