76 yaşlı Alla Puqaçova hazırda Kiprdə, Limassolda çimərliyə şəxsi çıxışı olan villada yaşayır.

OLAY yazır ki, yaxınlarda rus blogerlərdən biri təsadüfən Puqaçova ilə restoranda qarşılaşıb, xatirə şəkli çəkdirib. Bildirilir ki, sənətçi yayda müğənni işləri ilə bağlı bir günlük Moskvaya — həkim qəbuluna gələcək.

Bəs, Puqaçovanın hansı sağlamlıq problemləri var?

Allada yüksək ürək-damar riski mövcuddur. O, risk qrupuna daxildir, bu da deməkdir ki, müğənninin ürək-damar sistemində mənfi hadisə baş vermə ehtimalı var. Puqaçova artıq 20 ildir ki, kardioloqların daimi nəzarətindədir.

Moskvada Alla Borisovna aparıcı rus ixtisaslaşmış klinikalarda dörd uğurlu əməliyyat keçirib. Məsələn, 2010-cu ildə Puqaçovaya 4 stent qoyulub, 2012-ci ildə isə 8 stent quraşdırılıb.

Yaşının son illərində Alla Puqaçova dünyanı gəzmək qərarına gəlib. Hazırda o, Kiprdə, Limassolda yaşayır. Limassolda olan evi o və həyat yoldaşı doqquz il əvvəl alıblar. Onun həmkarları bildirirlər ki, bu ev kardioloqlar klinikasına yaxın yerləşir, burada həm yerli, həm də xarici həkimlər işləyir. Lakin müğənni arzu edir ki, sağlamlığı imkan verərsə, Moskvaya həkim müayinəsinə getsin.

Alla Puqaçova səhhəti üçün Moskvaya qayıdır