Türk aktyor Can Yaman haqqında yayılan "Kökəlib" xəbərlərinə reaksiya verib.
OLAY yazır ki, o, hamamda çəkdirdiyi fotosunu İnstaqram hesabında paylaşıb və bu sözləri yazıb:
“İndi də guya özünü ciddi sayan Türk mətbuatına sızmış 3-5 yalançı mənim haqqımda “kökəlib”, “çəkisi ilə diqqət çəkir” kimi xəbərlər yayıb. Buyurun, məni başdan-ayağa diqqətlə yoxlayın! Narahat olmayın, 105 kiloyam, amma bədənimin hər yerində əzələ var. Sadəcə kostyum geyinəndə daha iri görünürəm, qarın çıxarmamışam. Yox dərisinin rəngi belədir, yox kökəlib, yox bitib-tükənib, nə günə qalıb... Mən hamıya bənzəmirəm, son dərəcə peşəkaram. Lazım olsa çəki də alaram, çəki də verərəm. Şərait nəyi tələb edirsə, onu edərəm. Özümü baxımsız qoymağı isə ömrümün sonuna qədər düşünmürəm. Siz də məncə özünüzə fikir verin və idmana laqeyd olmayın. Mənim idmanı buraxıb çökməyimi, məhv olmağımı gözləməyin.”