Xalq artisti Alim Qasımov qızı – Əməkdar artist Fərqanə Qasımova ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi ad günü olan övladına təbrik yazıb:

“Doğum günün mübarək, qızım. Hər keçən yaş insan üçün yeni təcrübələr, fərqli həyatlar və anlarla dolur. Kainatın Rəbbinə duam isə Fərqanənin könlünə genişlik verməsi, qarşısına xeyirli insanları çıxarması və onu sevdiyi qullarının sevgisiylə rızqılandırmasıdır. Rəbbim ona dünya və axirət nemətlərinin ən gözəlini versin. Onun üzünü dünya və axirətdə güldürsün. Rəbbim, qarşıda onu gözləyən şər və müsibət varsa, onu qaldır. İrəlidə qovuşacağı nemət varsa, onu da artır. Ruzisinə, ömrünə, gününə, vaxtına bərəkət ver. Fərqanə və balalarını xəyal daxil edə bilmədiyi küllü gözəlliklərə qovuşdur, Amin. Doğum günün mübarək olsun, Fərqanə”.

Alim Qasımov qızını bu sözlərlə təbrik etdi Alim Qasımov qızını bu sözlərlə təbrik etdi Alim Qasımov qızını bu sözlərlə təbrik etdi