Müğənni və fenomen Aleyna Kalaycıoğlundan yeni xəbər var.

OLAY yazır ki, məlumata görə, Kubilay Kaan Kundakçı cinayəti ilə bağlı aparılan istintaq çərçivəsində şübhəlilər, o cümlədən Aleyna Kalaycıoğlu, polis idarəsindən məhkəməyə göndərilib.

Hazırda iş üzrə araşdırmalar davam edir və şübhəlilərin ifadələri əsasında hadisənin detalları aydınlaşdırılır. Rəsmi qurumlar tərəfindən əlavə açıqlamaların verilməsi gözlənilir.