Türk aktrisa Nihal Yalçın Cihangirdə kameralara tuş gəlib.
OLAY yazır ki, məkandan çıxan aktrisa evinə getdiyini deyərək yoluna davam edib.
Yalçına ötən həftə qonaq olduğu proqramda sevgilisi Berker Güvenlə aralarındakı yaş fərqi barədə dediyi “Mən gənc sevirəm” sözləri xatırladılıb.
Aktrisa isə “Heç nə deməyəcəyəm, dostlar. Nə deyim ki? Maqazin yalnız həmin hissələri yayımlayıb, bir ton söz-söhbət yaranıb. Həm də o qədər yorğunam ki...” deyərək sualları cavabsız qoyub və sürətlə oradan uzaqlaşıb.
Qeyd edək ki, 45 yaşlı Nihal Yalçın özü kimi aktyor olan 31 yaşlı Berker Güvenlə uzun müddətdir sevgilidir.