Əməkdar artist Fərqanə Qasımova konsertlərlə bağlı maraqlı çıxış edib.

OLAY yazır ki, bu barədə sənətçi “10-da görüşək” proqramında danışıb. O deyib ki, konsert işi çox məsuliyyət tələb edir:

“Konsert vermək o qədər məsuliyyətli bir işdir, çətindir. Bura gələ-gələ avtomobildə konsertimin montajına qulaq asırdım. Konsertdə keçirdiyim həyəcanı, hissləri avtomobildə təkrar yaşadım. Özüm-özümə dedim ki, ağlı olan konsert verər? Bu nə çətin bir işdir? Konsertdən bir ay əvvəl və bir ay sonra insan özünə gələ bilmir. Yuxu qaçır, hal gedir”.

“Ağlı olan konsert verər?”