70 yaşlı milyarder Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alyona Ağalarova ilk dəfə biznesi barədə ictimaiyyətə danışıb.
OLAY yazır ki, Ağalarova müsahibəsində “Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyaclarımdan yarandı. Mən toxunuşa qarşı çox həssas insanam. Buna görə də yataq dəsti seçimi mənim üçün hər zaman çox vacib olub. Səyahətlər zamanı parçanın keyfiyyəti xoşuma gəlməyəndə bir həftə ərzində normal yata bilmirdim. Elə bir məqam gəldi ki, artıq evdən öz yataq dəstimi də özümlə aparmağa başladım” deyə bildirib.
Xatırladaq ki, “Crocus Group” şirkətinin sahibi, 70 yaşlı iş adamı Araz Ağalarovun ikinci evliliyi barədə məlumat bu ilin mart ayında yayılıb. Həmin vaxt internetdə Ağalarovun yeni həyat yoldaşı və onların olduğu iddia edilən iki uşaqla çəkilmiş fotosu yayılıb.