37 yaşlı aktyor, komediyaçı və ssenarist Coel Kim Buster evlənib.
OLAY yazır ki, o, 2021-ci ildə tanış olduğu sevgilisi Con Maykl Sudsina ilə 2025-ci ilin sonlarında nikaha daxil olub. Toy mərasimində bir sıra tanınmış simalar da iştirak edib.
Coel bu xəbəri 13 yanvar, çərşənbə axşamı İnstaqram hesabında paylaşıb:
“Toyumun həyatımın ən gözəl günü olduğunu səmimi şəkildə deyə bildiyim üçün özümü çox şanslı hiss edirəm. Heç vaxt bu qədər əmin və bu qədər sevilmiş hiss etməmişdim”.