Keçmiş sevgilisi türk model Şenol İpeki məhkəməyə verib.
OLAY yazır ki, Sevil S. evlilik hazırlığı gördükləri dövrdə Şenolun onun etibarını qazanaraq özündən 3 milyon 500 min TL aldığını iddia edərək, “Çeşme Birinci Mülki Məhkəməsi”ndə simvolik olaraq 3 qəpik məbləğində mənəvi təzminat iddiası qaldırıb.
Bundan əlavə, Sevil S. Şenol İpek onların münasibəti dövründə Gülefer A. adlı başqa bir qadınla da münasibətdə olduğunu öyrənib. Onun sözlərinə görə, həmin qadın da oxşar üsulla etibar münasibəti yaradıldıqdan sonra özündən 4 milyon 500 min TL alındığını bildirib. Bu hadisələrdən sonra Sevil S. nişanı pozduğunu qeyd edib.