Braziliyalı bodibilder Qabriel Qanli vəfat edib.
OLAY yazır ki, 22 yaşlı Qanli Braziliyanın São Paulo şəhərindəki mənzilində ölü halda tapılıb. Məlumata görə, dostu onun cəsədini mənzilin mətbəxində aşkarlayıb.
Hadisə yerində zorakılıq əlamətləri aşkar edilməsə də, səlahiyyətlilər ölümü şübhəli hadisə kimi araşdırmağa davam edir.