20 yaşlı məşhur yutub blogeri və strimer “Clavicular” (əsl adı Breyden Piters) zorlamada ittiham olunub.
OLAY yazır ki, “dünyanın ən yaraşıqlı kişisi” adlandırılan qalmaqallı strimerə qarşı Massaçusets məhkəməsində iddia ərizəsini 18 yaşlı influenser Alora Ziva qaldırıb. O, blogeri cinsi təcavüzdə, cinsi əlaqədə olmaq məqsədilə narkotik maddə verməkdə və 21 yaşına çatmayan şəxsə spirtli içki təklif etməkdə ittiham edib.
Qız bildirib ki, keçən il “Clavicular” ona qarşı cinsi zorakılıq törədib. Həmin vaxt onun 16 yaşı olub və sərxoş vəziyyətdə olub. Bundan əlavə, strim zamanı Piters onun üzünə Dərman və Qida Məhsullarına Nəzarət Agentliyi (FDA) tərəfindən təsdiqlənməmiş və tərkibində narkotik maddə olan, piyləri əritmək üçün istifadə edilən “Aqualyx” preparatını vurub. “Clavicular” özünə qarşı irəli sürülən bütün ittihamları təkzib edir, iş üzrə ilkin məhkəmə baxışı isə oktyabrın 14-nə təyin olunub.