Ötən ilin dekabrında 100 yaşı tamam olan “Emmi” mükafatı laureatı Dik Van Dayk İnstaqramda heyrətamiz məşq videosunu paylaşıb.
OLAY yazır ki, videoda ağ köynək və boz idman şalvarı geyinmiş Dik açıq havada yerləşən inversiya trenajorunun üzərində üfüqi vəziyyətdə uzanıb. “Meri Poppins” filminin ulduzu əvvəlcə tutacaqlardan yapışıb, daha sonra isə tarazlığı daha çətin formada saxlamaq üçün əllərini başının arxasına qoyub.