Türk aktrisa Özge Gürel yer aldığı “44” filmi ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Özge “44”ün fraqmentini paylaşıb. “Çox az qaldı, yaxşı ki, bu hekayəni birgə danışdıq”, - deyə, sənətçi bildirib.

O, paylaşıma Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovu, filmdəki tərəf müqabili İbrahim Çingizi, Maks Smetananı və İsmayıl Səfərlini işarələyib.

Qeyd edək ki, “44” Bakı Media Mərkəzinin layihəsidir. Filmin yaradıcı heyətinə İbrahim Çingiz, Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli və Özge Gürel kimi simalar daxildir.

Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb.