“Çukur” serialındakı Vartolu Saedettin obrazı ilə izləyicilərə tanış olan aktyor Erkan Kolçak Köstendil Bakıya gəlib.
Sənətçi iki ölkənin incəsənət nümayəndələri arasında baş tutan futbol matçında iştirak edib.
E. K. Köstendil oyundan öncə OLAY-la həmsöhbət olub. O, 4 aprel Bayıl Arenada baş tutan matçın önəmindən, Azərbaycan komandası ilə Moskvadakı tanışlıqlarından və layihələrindən söz açıb.