Müğənni Samir Bağırovun uzun zaman sonra təqdim etdiyi “Dön” mahnısı trend olub.
OLAY yazır ki, sənətçinin ifası sosial şəbəkələrdə çox sayda paylaşılıb. Bağırovun layihəsi qısa zamanda Yutubda 126 min baxış toplayıb.
Qeyd edək ki, mahnının söz və musiqisi Rafoya (Rafael Şabanov) məxsusdur. Mahnının aranjıman, mix və masteringini Nihad Məlik edib. Klipin rejissoru ERESMOON (Röyal Səfərov), montaj və rəng korreksiyası isə Rasim Pirazova aiddir.