Müğənni Türkan Vəlizadə efirlərə çıxmaması ilə bağlı açıqlama verib.

OLAY yazır ki, o Vüsalə Əlizadənin təqdimatında yayımlanan “İncə səhər” verilişində qonaq olarkən bu barədə danışıb:

“Efirə tanıdığımız insanlarla çıxmaq istəyirik ki, efir gözəl keçsin, gözəl musiqilər oxunsun, qırğın, dava, müsibət mənlik deyil.Mən belə şeyləri sevmirəm. Xanımlarla efirə çıxmamaq məsələsinə qaldıqda isə, birazdan efirə gözəl xanım gələcək. Mən istəyirəm ki, mən necə hörmətlə yanaşıramsa, mənə də elə hörmət edilsin. Burdan da açıqlama vermək istəyirəm ki, hər şey qaydasındadır”.

Qeyd edək ki, bir müddət öncə Vüsalə Türkanın meyxanaçılarla birgə efirə çıxmadığı üçün tənqid etmişdi.