Məşhur türk serialı “Veliaht”ın növbəti bölümü maraqla qarşılanıb.
OLAY yazır ki, layihədə “Tərəkəmə” səsləndirilib. Belə ki, əsas obrazlardan birini canlandıran Erkan Kolçak Köstendil “Tərəkəmə”yə oynayıb.
Qeyd edək ki, layihədəki obrazların Qarsdan olduğu göstərilir.
Onu da xatırladaq ki, “Tərəkəmə” Azərbaycan xalqının ən qədim rəqslərindən biridir və adını əsasən köçəri həyat tərzi sürən və maldarlıqla məşğul olan tərəkəmə tayfalarından alır. Zamanla “Tərəkəmə” rəqsinin musiqisi yalnız Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də tanınıb, bir çox yerli və xarici bəstəkarlar tərəfindən əsərlərdə istifadə olunub, müxtəlif versiyalarda aranjiman edilib.