ABŞ Prezidenti Donald Tramp “Time” jurnalının üz qabığında yer alan fotosunu bəyənməyib. 

OLAY yazır ki, ABŞ lideri bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Tramp jurnalın onun Qəzzada barışığa dair səylərindən bəhs edən məqaləsini bəyənsə də, fotonun silinməsini istəyib: “Jurnal mənim barəmdə yaxşı məqalə yazıb, lakin foto bu günə qədər çəkilən ən pis şəkil ola bilər. Saçlarım yoxa çıxıb, başımın üzərində isə üzən taca bənzəyən nə isə görünür. Həqiqətən qəribədir! Müxtəlif bucaqlardan fotomun çəkilməsini heç vaxt sevməmişəm, bu, çox pis şəkildir və oradan çıxarılmalıdır”.

“Time”dakı fotosunu bəyənmədi - Silinməsini istəyir