Ukraynadan olan Yuri Qorodetski adlı hərbçi TikTok-da ulduza çevirilib. 

OLAY yazır ki, o, “Ukraynalı qardaşlar” mahnısını ifa edərək hesabında paylaşıb. Video qısa müddətdə bir milyona yaxın  baxış, 80 mindən çox bəyənmə, 5 mindən çox şərh toplayıb. 10 minə yaxın insan tərəfindən paylaşılıb.

TikTok-da ulduza çevrilən ukraynalı hərbçi - VideoMahnı Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl Y. Qorodetski tərəfindən ifa edilib və şəbəkəyə yüklənib və hazırda aktuallaşıb.

Qeyd edək ki, Y. Qorodetskinin Qış Yürüşünün Cəngavərləri adına 28-ci mexanikləşdirilmiş briqadanın baş əsgəri olub.

Onun bir neçə gün əvvəl Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar zamanı vəfat etdiyi deyilir.