Ötən axşam final bölümü yayımlanan "Sen çal kapımı" serialı Tvitterdə dünya rekorduna imza atıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi "son kez sen çal kapımı" etiketi ilə 9 milyondan çox paylaşım edilib.

"Sen çal kapımı" "Dünyada haqqında ən çox danışılan və paylaşım edilən serial" ünvanına sahib olub.

Qeyd edək ki, serialın baş rollarını Hande Erçellə Kərəm Bürsin canlandırırdı.