Finlandiya dövlət kanalı olan YLE TV Avropa Yayım Birliyinə (EBU) çağırış edib.

OLAY yazır ki, televiziya Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara etiraz edib.

Kanal EBU-nun Rusiyanın iştirakına icazə verəcəyi təqdirdə Avroviziyadan çəkiləcəyini açıqlayıb.

Bundan əlavə, Norveç, Litva və Danimarka kanalları Avropa Yayım Birliyinə müraciət edərək Rusiyanın yarışmadan diskvalifikasiya edilməsini tələb edib.