Son günlərdə sosial şəbəkələrdə müzakirə olunan Xalq artisti Röya Ayxan və müğənni Əkbərin dueti "Ay qız" erməni mətbuatında da müzakirə olunub.
OLAY yazır ki, ermənilər əsassız şəkildə yutubdan silinən mahnının müəllifi kimi Karen Sevakı göstəriblər.
Azxeber.com mövzu ilə bağlı mahnının müəllifi, Röya Ayxanın qardaşı İsmayıl Zadə ilə əlaqə saxlayıb.
O qeyd edib ki, erməni mətbuatında yayılan əsassız xəbərlər həqiqəti əks etdirmir və mahnının müəllifi özüdür:
"Biz bütün sənədləri qanuni yolla təqdim etmişik. Nəticəni gözləyirik. Təbii ki, "Ay qız" mahnısının müəllifi mənəm. Güman edirəm ki, bir neçə günə cavab alacağıq, o zaman hər şey bəlli olacaq".