Avroviziya təmsilçimiz Aysel Teymurzadənin qızı Leyla Bakı Avropa Liseyinin 25–26 aprel tarixlərində Tbilisidə keçirilən "Georgian International Dance Festival 2026"da uğurla çıxış edib.
OLAY yazır ki, 3-cü sinif şagirdi olan Leyla turnirin üç nominasiyasında iştirak edərək yüksək hazırlıq səviyyəsi, artistizmi və beynəlxalq səhnədə inamlı performansı ilə seçilib.
Balaca rəqqasə beynəlxalq turnirin iki nominasiyasında birinci yerə layiq görülərək Azərbaycan rəqs məktəbinin yüksək səviyyəsini bir daha təsdiqləyib.
Bundan əlavə, müxtəlif ölkələrdən 43 iştirakçının mübarizə apardığı ən güclü kateqoriyalardan birində Leyla Adıgözəlzadə finala yüksələrək 6-cı yeri tutub.
Bu nəticə Azərbaycan üçün önəmli uğur və gənc rəqqasənin gələcək idman karyerasında mühüm addım hesab olunur.