Əməkdar artist Nigar Şabanova ailəsi ilə bağlı açıqlamalar verib.

OLAY yazır ki, bu barədə o, “Pərvizə görə”də danışıb. Sənətçi qardaşının övladlığa götürdüyü qızından söz açıb:

“Mən ailəm üçün nəfəs alıram. Bu, uşaqlığımdan bəri belədir. Onların bir sözü mənim üçün heç vaxt iki olmayıb. Az yaşlarımdan ailə problemləri yaşadım, böyüklər nə məsləhət  bildisə, o oldu.  Ailə sözünün A hərfi səslənməmişdən qırmızı çizgi var. Orada məni heç kim dayandıra bilməz. Bu mözvuda məni dayandıracaq heç bir qüvvə yoxdur. Çünki həyatımı onlara qurban vermişəm. Anam, atam, qardaşım, qardaşımın balaları... Bu gün onlar üçün yaşayıram. Qardaşımın ortancıl qızı mənimdir. Mənim olsa belə, mənə “ana” desə də, onu ailəsindən qoparmamışam. Mən səhər çıxıram axşam gəlirəm, qız uşağıdır, birinci sinifdir. Evimdə çalışan xanım var, qızımı ona etibar edə bilərəm. Amma mənim gördüyüm ailə tərbiyəsi başqa, digər ailəninki başqadır. İstəyirəm, qızım tam ailədə böyüsün”.