Uzun illər ərzində qırmızı xalçanın vazkeçilməzi; kəskin konturlar, bəlli eyelinerlər və iddialı dodaq rəngləri idi. Lakin son dövrdə gözəllik dünyasında diqqət çəkən yeni bir trend var: “Yox kimi görünən makiyaj”. Dərini sanki filtr tətbiq olunmuş kimi göstərən, təbii gözəlliyi ön plana çıxaran bu makiyaj stili artıq sadəcə gündəlik həyatın yox, dünyanın ən nüfuzlu tədbirlərinin də ulduzuna çevrilib.

OLAY yazır ki, son bir neçə mövsümdür ki, film festivalları, mükafatlandırma mərasimləri və dəb həftələrində bir çox məşhur sima ağır makiyaj əvəzinə dərinin təbii strukturunu önə çıxaran üsullara üstünlük verir. Yüngül tonlaşdırıcı məhsullar, nazik örtücülər (korrektorlar), nəzərə çarpmayan konturlar və təbii tonlarda dodaq rəngləri ilə yaradılan bu görünüş “makiyajsızmış” təəssüratı yaratsa da, əslində kifayət qədər diqqətlə işlənmiş bir tətbiqin nəticəsidir.

Bu axının yüksəlişində sosial medianın da böyük payı var. “Clean Girl” estetikası və “Skin First” (öncə dəri) yanaşması ilə yanaşı, istifadəçilər qüsurları tamamen gizlətmək əvəzinə sağlam və canlı görünən dəri görünüşünü hədəfləməyə başladılar. Makiyaj rəssamları da bu anlayışı qırmızı xalçaya daşıyaraq təbii parıltını ön plana çıxaran texnikalara yönəldilər.

Gözəllik mütəxəssislərinin fikrincə, bu trend yalnız estetik bir seçim deyil, eyni zamanda dəyişən gözəllik anlayışının da bir təzahürüdür. Qüsursuz görünmək təzyiqini daha reallıqla üst-üstə düşən və əlçatan gözəllik anlayışı əvəz edərkən, dəri sağlığı da makiyajın ən vacib tamamlayıcısı kimi önə çıxır.

Dəb dünyasında minimalizmin təsirini artırması ilə birlikdə “less is more” (az olan daha çoxdur) anlayışı makiyaj trendlərinə də istiqamət verir. Dəbdəbəli üsulları sadə, lakin təsirli toxunuşlar əvəz edərkən, qırmızı xalçada boy göstərən bir çox məşhur sima da təbii görünüşün ən zərif seçimlərdən biri olduğunu sübut edir.

Qırmızı xalının yeni trendi - Makiyajsız kimi görünən makiyaj... Qırmızı xalının yeni trendi - Makiyajsız kimi görünən makiyaj... Qırmızı xalının yeni trendi - Makiyajsız kimi görünən makiyaj... Qırmızı xalının yeni trendi - Makiyajsız kimi görünən makiyaj... Qırmızı xalının yeni trendi - Makiyajsız kimi görünən makiyaj... Qırmızı xalının yeni trendi - Makiyajsız kimi görünən makiyaj... Qırmızı xalının yeni trendi - Makiyajsız kimi görünən makiyaj...