Reper Orxan Zeynallı ilk dəfə olaraq 3 günlük böyük konsert proqramı ilə dinləyicilərin qarşısına çıxacaq.
OLAY yazır ki, o, 28-29-30 noyabrda Heydər Əliyev Sarayında səhnə alacaq.
Müasir musiqi səhnəsində öz dəsti-xətti ilə seçilən ifaçı bu dəfə tamaşaçılarını fərqli bir konsepsiya ilə qarşılayacaq. Hip-hop və xor tandemi ilə hazırlanan proqram ölkə musiqi həyatında tamamilə yeni bir yanaşma olacaq.