Musiqi tənqidçisi Sergey Sosedov Rusiyanın Xalq artisti Alla Puqaçovanın ünvanına ağır ittihamlar səsləndirib.

OLAY yazır ki, bu barədə o, “Teleprogramma.pro”ya müsahibəsində danışıb.

O bildirib ki, İosif Kobzon və Lyudmila Zykina rus mədəniyyətinə müğənni Alla Puqaçovadan qat-qat böyük töhfə verib:

“Kobzon və Zykinanın töhfəsi ölçüyəgəlməz dərəcədə böyük idi. Mən Lidiya Ruslanovanı demirəm. Ümumiyyətlə parlaq müğənni idi. Alla Puqaçova isə bu sırada deyil”, - Sosedov bildirib.

Sosedov deyib ki, onun açıqlamalarına baxmayaraq, Rusiyada heç kim Puqaçovaya toxunmayacaq.

“Rusiyada heç kim Puqaçovaya toxunmayacaq” “Rusiyada heç kim Puqaçovaya toxunmayacaq” “Rusiyada heç kim Puqaçovaya toxunmayacaq”