İllərdir qalmaqallı olan Avroviziya təmsilçilərimiz Samirə Əfəndi ilə Dilarə Kazımova arasındakı "buzlar əriyib".

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçilər Xalq artisti Aygün Kazımovanın ad günü partisində barışıb. Belə ki, Dilarə məclisə daxil olarkən Samirə ilə salamlaşıb. Əfəndi isə həmkarına qarşılıq verərək ayağa qalxıb.

Onların səmimi görüşündən özəl kadrları təqdim edirik:

Qeyd edək ki, bir neçə il öncə Dilarə Samirənin onunla tədirlərin birində salamlaşmadığını, aralarındakı problemin bundan qaynaqlandığını bildirmişdi. Əfəndi isə məsələnin fərqli olduğunu demiş, aralarındakı insidentin bir televiziya kanalının Yeni il şousunda baş verdiyini söyləmişdi. Bundan sonra sənətçilər eyni tədbirlərdə səhnə alsalar da, aralarında "soyuq küləklər əsir", bir araya gəlməkdən qaçırdılar.