Dünyaca məhşur musiqiçi Ceyred Cimeyn Xalq artisti, bəstəkar Eldar Mansurovun “Bayatılar” mahnısını paylaşıb.

OLAY yazır ki, sosial media hesabında 1 milyondan çox izləyicisi olan sənətçi hər zaman bir-birini kopyalayan və ya bir-birindən bəhrələnən musiqiçiləri paylaşır. O bu dəfə Eduard Maya, Sezen Aksu və Levent Yükselin Eldar Mansurovun “Bayatılar”ından bəhrələnərək yeni mahnılar ifa etdiklərini bildirib.

Qeyd edilib ki, “Bayatılar” 1989-cu ildə işıq üzü görüb, digər mahnılar isə Eldar Mansurovdan kopyalanıb:

Levent Yüksel, Sezen Aksu - “Zalim” (1996), Eduard Maya - “Stereo love” (2009).