Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovla bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb. Estrada ulduzu ad çəkmədən bu sözləri deyib:
“Ona da hörmət edin. Bildiniz də kimi deyirəm. Çünki bir sevgimiz olub, övladımız var. Bir də gördünüz onunla da duet oxudum.Burada nə var ki? Mənimlə duet olanda danışarsız, indi lazım deyil. Onların ailəlikcə çox gözəl səsləri var. Nəsillərində incəsənət adamları var, balaca adam deyillər. Bir verilişdə gördüm ki, özü də sıxılır, utanır. O sualları verməyin. Mahnıları da yaxşı tutub”.
“Ona da hörmət edin” - Röya Anardan danışdı