Avroviziya qalibimiz Nigar Camal Samir Piriyevin “Matanı” mahnısı ilə bağlı danışıb.
OLAY yazır ki, müğənni “Mədəni şou”da ona ünvanlanan “Əgər siz “Matanı” mahnısına rəqs etməsəydiniz, sizcə, hit olardımı” sualına bu şəkildə cavab verib:
“O mahnı maraqlı mahnıdır. Əlbəttə dinləyərdilər, rəqs edərdilər. Amma mən düşünürəm ki, mən o mahnını rəqs etməsəydim, yayın mahnısı olmazdı. Özüm də başa düşmədim necə oldu, amma bu mahnının hit olmasında rolum oldu”.