Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) “Üç Kuruş” serialını cərimələyib.  

OLAY yazır ki, buna səbəb ekran işində vulqar sözlərin işlədilməsi, dava görüntülərinin ard-arda təqdim olunmasıdır. 

Bir neçə gündür ekran işi ilə bağlı şikayətlər qəbul edən RTÜK yekun qərarını açıqlayıb və yayımçı Show TV-yə pul cəzası hökm edib.  

Qeyd edək ki, sözügedən serial qaraçıların həyatından bəhs edir. Layihədə Nəsrin Cavadzadə, Uraz Kaygılaroğlu, Ekin Koç kimi simalar rol alır.  

Nəsrinin serialı cərimələndi Nəsrinin serialı cərimələndi