Aktyor İbrahim Çingiz Prezident mükafatına layiq görülməsindən danışıb.

Bu barədə OLAY-la həmsöhbət olan sənətçi Prezident İlham Əliyevə təşəkkür edib:

“Çox sevinirəm, indi çəkilişdəydim, öyrəndim. Cənab Prezidentə məni mükafata layiq gördüyü üçün təşəkkür edirəm. Söz tapa bilmirəm. Sevinirəm, hər zaman Azərbaycan mədəniyyəti üçün qulluq etməyə hazıram. Məni sevindirir ki, işim belə qiymətləndirilib. Çox şadam”.

İbrahim həmçinin mükafata layiq görülən atası – Əməkdar artist Çingiz Əhmədovla bir-birilərini təbrik etdiyini söyləyib:

“İnanırsınız, çəkilişdə olduğum üçün atamla danışmağa imkan olmayıb. Tezbazar bir-birimizi təbrik etdik”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra İncəsənət xadimləri Prezident mükafatına layiq görülüb.

“Mükafata layiq görüldüyümü çəkilişdə öyrəndim“ “Mükafata layiq görüldüyümü çəkilişdə öyrəndim“