2025-ci ilin ən çox gözlənilən moda hadisəsi “Victoria’s Secret” podium şousu 15 oktyabrda Nyu-Yorkda baş tutub.
OLAY yazır ki, möhtəşəm gecə “Victoria’s Secret” in İnstaqram, YouTube və TikTok platformalarında canlı yayımlanıb.
Şouda Cici Hadid, Bella Hadid, Adriana Lima, Behati Prinslu kimi dünya şöhrətli modellər diqqət çəkib.
Podiumun cazibəsi ilə yanaşı, tədbirdə musiqi də ön plana çıxıb.
Karol G, Madison Beer, Missy Elliott və TWICE-ın canlı çıxışları şouya rəng qatıb.



























