Aktyor Elcan Rəsulov Əməkdar artist Coşqun Rəhimovun bir müddət öncə Mister Bin obrazının yaradıcısı Rovan Atkinsonla bağlı açıqlamasına söz atıb.

OLAY yazır ki, bu barədə sənətçi “Pərvizə görə”də danışıb:

“O, dünya əfsanəsidir. Nicat Şirin universitetdə  “Mister Bin”i oynaya-oynaya bizim üçün məşhur adama çevrilmişdi. Bizim insanları müzakirə etmək nə yaşımıza, nə boyumuza, pulumuza, nə təhsilimizə uyğundur. Mənim bu müsahibəmi aparıb izlətdirsələr, böyüdüb baxar, deyər, kök oğlandır”.

Qeyd edək ki, C. Rəhimov bir müddət öncə “Mister Bin aktyor deyil” açıqlamasını vermişdi.