Rusiyanın məşhur estrada ulduzu, tatar ifaçı Alsu azərbaycanlılara müraciət edib.

OLAY yazır ki, yayılan videoda o, Bakıya gələcəyini söyləyib:

“Əziz dostlar, sizi Bakı Konqress Mərkəzində 14 fevral Sevgililər günündə solo konsertimə dəvət edirəm. Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm, əziz bakılılar”, - deyə, Alsu bildirib.

Qeyd edək ki, gecəyə biletlər 30 AZN-dən 300 AZN-ə qədər dəyişir.