Kinodan başqa müxtəlif sahələrə sərmayələri olan aktyor Ryan Reynolds sahibi olduğu futbol komandasına görə 12 milyon dollar itirib. 

OLAY yazır ki, 47 yaşlı ulduz Rob MakElhenney ilə 2021-ci ildən birgə sahib olduqları İngiltərə Futbol Liqası komandası "Wrexham AFC"-nin idarəçiliyini təhvil aldıqdan indiyədək maddi zərərlə üzləşir. 

R.Reynoldsun pul itkisi xəbərini eşidəndə ilk reaksiyası isə "qusacağam" olub.