İtaliyalı aktrisa Sofi Loren Cenevrədəki evində yıxılaraq ayağı sındırıb. 

OLAY yazır ki, bu barədə ulduzunun sentyabrın 26-da Baridə açacağı "Sophia Loren Restaurant" məlumat yayıb. 

89 yaşlı Loren müayinə üçün xəstəxanaya çatdırılıb və onda bir neçə omba sınığı aşkarlanıb.

Aktrisa əməliyyat olunub.