Müğənni Mehin Hümbətova“Eşq otağı” adlı yeni mahnısını və ona çəkilmiş klipi dinləyicilərin ixtiyarına verib.
OLAY yazır ki, bəstənin musiqisi Əməkdar artist Abbas Bağırova, sözləri isə Zamiq Əliyevə (YAP10), məxsusdur. Layihənin səs prodüseri İsmayıl Əsədov, aranjimançısı Taleh Ağayev, səs uzlaşmasının müəllifi isə Ramin Alidir.
Klipin rejissoru Xəyal Səlimovdur. Ekran işində model İgo Hüseynov da yer alıb.
“Eşq otağı” mahnısı və klipi artıq bütün rəqəmsal platformalarda yayımlanıb.
Qeyd edək ki, Əməkdar artist Abbas Bağırov sözügedən mahnını xüsusi olaraq Mehin Hümbətova üçün yazıb. Yaxın zamanda onlar yeni bir bəstəyə duet oxuyacaq.