Rusiyanın Xalq artisti Filipp Kirkorov Ermənistana yollanıb.

OLAY yazır ki, ifaçı övladları ilə birgə İrəvan yaxınlığında yerləşən Qarni bölgəsinə səyahət edib.

Səfərdən video paylaşan müğənni şərh bölməsində isə bunları yazıb:

“Dünən - 3 iyul tarixində biz 37 il geriyə, 1985-ə qayıtdıq. Ermənistanın tarixi yerlərini gəzintiyə çıxdıq. Əvvəlcə Qarniyə getdik”.