Bu gündən Məhərrəmlik ayı başlayıb. Bu müddət ərzində toy və nişan mərasimləri təşkil edilmir.

OLAY şou-biznesin xanım nümayəndələrindən şadlıq məclislərinin olmadığı zamanı necə keçirəcəklərini və istirahət üçün planlarını soruşub. 

Xalq artisti Aygün Kazımova yaradıcı işlərinin çox olduğunu bildirib: "İşlərim çoxdur. Vətənimdə olacam. Zaman olduqca elə vətənimizin gözəl güşələrində də dincələcəm".

Kim, harada istirahət edəcək? - SORĞU

Xalq artisti Röya Ayxan da ölkə xaricinə getməyəcəyini açıqlayıb: "Bakıda olacağam. Sentyabr ayının əvvəli baş tutacaq 3 günlük konsert üçün iki ayl;q davamlı məşqlərimiz var". 

Kim, harada istirahət edəcək? - SORĞU

Müğənni Nigar Camal tətil planının olmadığını söyləyib: "Elə bir planım yoxdur. Heç yerə getmək istəmirəm. Bağda övlarlarım və valideynlərimlə vaxt keçirəcəyəm". 

Kim, harada istirahət edəcək? - SORĞU

Müğənni Dilarə Kazımova isə İtaliya üçün darıxıb: "Koronavirus pandemiyasından sonra İtaliyada olmamışam. Ona görə də, ora gedəcəyəm. Çox darıxmışam". 

Kim, harada istirahət edəcək? - SORĞU


Şou-biznesin əkizləri Sevil və Sevinc Səfərovalar isə həmkarlarından fərqli olaraq Türkiyəyə gedəcəklərini deyiblər: "Biz istirahəti öncədən planlamırıq. Gecə bilet alıb, səhər uçmağı nəzər tutmuşuq. Yəqin ki, seçimimiz Bodrum olacaq". 


Kim, harada istirahət edəcək? - SORĞUMüğənni Hiss Məhərrəm ayı ilə əlaqədar toy və tədbir sezonu yekunlaşsa da, yaradıcılıq fəaliyyətinə davam edəcək: "Planlarım arasında hələ ki, tətilə yollanmaq yoxdur. Qarşıda yeni mahnılar, kliplər və bəzi tədbirlər var. Hətta tədbirlərin azalması ilə birlikdə yaradıcılığıma daha çox vaxt ayıra biləcəyəm. Mənim üçün ən böyük istirahət elə işləməyin özüdür".

Kim, harada istirahət edəcək? - SORĞU

Rəqqasə Renka da paytaxtdan kənara çıxmayacağını vurğulayıb: "Xariclə bağlı planım yoxdur. Ailəmlə Bakıda vaxt keçirəcəyəm". 

Kim, harada istirahət edəcək? - SORĞU

Aparıcı Zümrüd Bədəlova isə ayın sonuna qədər istirahət barədə düşünmədiyini dilə gətirib: "Rəfiqələrimlə harada istirahət edəcəyimizi düşünürük. Bu ayın sonuna qədər istirahətlə bağlı heç bir fikrim yoxdur".

Kim, harada istirahət edəcək? - SORĞU